Avropa Komissiyası Saglamlıq və İstehlakçıların Qorunması üzrə Baş Direktorluğu (DG SANCO) 2010-cu il yanvarın 1-dən Azərbaycanın balıq kürüsünün Avropa Birliyi ölkələrinə ixracına icazə verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Qeyd olunur ki, Azərbaycan prezidentinin fərmanına əsasən İqtisadi İnkişaf Nazirliyi AB ölkələrinə bütün növ yeyinti məhsullarının, o cümlədən balıq və dəniz məhsullarının ixracı məsələsini tənzimləyən mərkəzi orqandır.
“AB ölkələrinə balıq məhsullarının ixracının təşkili üçün normativ aktlara bəzi dəyişikliklər edilib, balıq müəssisələrində qida təhlükəsizliyini idarəetmə sistemi (İSO 22000) yaradılıb, müəssisələrə AB-də identifikasiya üçün kod nömrələri verilib, məhsulun keyfiyyətinə və onun təhlükəsizliyinə nəzarət üzrə müasir laboratoriya yaradılıb”,-deyə məlumatda bildirilir.
Görülən işlər DG SANCO tərəfindən müsbət qiymətləndirilib və Azərbaycan 2010-cu il yanvarın 1-dən AB ölkələrinə balıq ixracına icazə verilən ölkələr siyahısına daxil edilib.
“Beləliklə də, kod nömrəsinə malik olan Azərbaycan müəssisələrinin məhsulları İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti tərəfindən yoxlanılacaq və müvafiq keyfiyyət sertifikatı aldıqdan sonra öz məhsullarını birbaşa AB ölkələrinə ixrac etmək imkanları əldə edəcəklər”,-deyə məlumatda vurğulanır.
Hazırda Dövlət Xidməti “Azərbaycanda ərzağın keyfiyyətinin və təhlükəsizliyinin təminatı, Azərbaycan istehsalı olan balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsi” üzrə twinning layihə həyata keçirir. Layihənin reallaşması Azərbaycanın AB-yə balıq məhsulları, o cümlədən kürü ixracı imkanlarının genişləndirilməsinə imkan yaradacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət