Yanacaq doldurma stansiyalarında (YDS) yanacağın keyfiyyəti beynəlxalq standartlara cavab vermir. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəhbəri Ramiz Həsənov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, komitə əməkdaşlarınn YDS-də apardıqları yoxlamalar belə deməyə əsas verir. O qeyd edib ki, ölkədə yanacağın bütün növlərinə yeni standartlar tətbiq ediləcək. Hazırda hökumət müvafiq əsasnamə hazırlayır. “Yanvarın sonu, fevralın əvvəllərində istehsal edilən yanacağa AVRO standartlarının tətbiqini planlaşdırırıq. Bu standartlar təkcə yanacağa yox, həm də avtoparklara şamil ediləcək. Bundan sonra biz mühərrikləri AVRO-1 və AVRO-2 standartlarına uyğun olmayan avtomobillərin istismarını qadağan edə bilərik”,-deyə R.Həsənov bildirib. O həmçinin bildirib ki, yanacaq doldurma stansiyalarında yoxlama zamanı bəzi şirkətlər tərəfindən pozuntuların olması aşkar edilib və buna görə həmin şirkətlərə cərimə tətbiq edilib. “Azpetrol”, “Lukoil” və “ABU Petrol” şirkətlərində yoxlamalar zamanı əsasən texniki xarakterli səhvlər aşkar edilib. Yol verilən səhvlərə görə şirkətlərə 5 min manat məbləğində cərimə tətbiq edilib. Lakin həmçinin şirkətlərin rəhbər şəxslərinə qarşı 1,5-2 min manat məbləğində inzibati cəza tətbiq edilə bilər”,-deyə R.Həsənov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət