Pakistandan Londona uçan sərnişin təyyarəsi Bakıda Heydər Əliyev adına Beynəlxalq hava limanında məcburi yerə enib.
“Pakistandan Londona uçan təyyarə ötən çərşənbə axşamı saat 6.00-da Bakıda yerə enməli olub. Buna sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi səbəb olub”,-deyə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Səhiyyə Nazirliyindən məlumat verilib.
Pakistan vətandaşı, yeni doğulmuş (3 ay 20 gün) Elişa Xalid qıc olma əlamətləri və yüksək hərarət ilə təcili yardım maşınında Bakıdakı Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinikasına aparılıb. Körpə klinikanın reanimasiya şöbəsində yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib.
A/H1N1 virusunun olub-olmadığını müəyyən etmək üçün körpədən və onun anasından qan nümunəsi götürülüb, lakin virus aşkar edilməyib.
Hazırda körpənin vəziyyəti sabitdir. Uşaq intensiv terapiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilir.
Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları göstərilən yardıma görə Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkürlərini bildiriblər.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət