2009-cu ildə Azərbaycanda baş vermiş yol-nəqliyyat qəzaları 930 nəfərin ölümünə səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublika DİN-dən məlumat verilib.
Bildirilib ki, ötən il 2792 yol qəzası qeydə alınıb. Həmin qəzalar zamanı 930 nəfər, o cümlədən 728 kişi və 202 qadın həlak olub, 3044 nəfər, o cümlədən 2300 kişi və 744 qadın müxtəlif dərəcəli xəsarət alıb.
“Bu 2008-ci ilin göstəricisi ilə müqayisədə qurbanların sayının 11,6%, yaralananların sayının 5,8% azalması deməkdir”,-deyə DİN-dən qeyd olunub.
2009-cu il ərzində Bakıda 1159 yol-nəqliyyat qəzası baş verib. Qəzalar zamanı 325 həlak olub, 1241 nəfər yaralanıb. Beləliklə, ötən il yol qəzalarının sayı 2008-ci illə müqayisədə 16%, qurbanların və zərər çəkənlərin sayı müvafiq olaraq 7,7% və 19,1% azalıb.
Bundan əlavə, respublikada qeydə alınan yol qəzalarının 43,5%-i avtomobilin sürətinin artırılması səbəbindən, 24,3% düzgün ötüb keçməmə və avtomobilin qarşı zolağa çıxması, 6,7% yol ayırıcılarında keçid qaydalarının pozulması, 3,1% avtomobilin sərxoş vəziyyətində idarə edilməsi səbəbindən baş verib.
2009-cu ildə qeydə alınan yol qəzaları faktının 39,6%-i avtomobilin piyadaların üstünə sürülməsi ilə bağlıdır. Belə qəzalar zamanı 349 nəfər həlak olub, 837 adam yaralanıb. İl ərzində baş verimiş qəzalar nəticəsində 54 uşaq və yeniyetmə həlak olub, 221 nəfər xəsarət alıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət