Cümə axşamı prezident İlham Əliyev Respublika klinik uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edib. Bu barədə “AzərTAc” dövlət informasiya agentliyi xəbər verir.
Prezident bu səhiyyə müəssisəsində yaradılmış şəraitlə tanış olub.
Bu xəstəxana keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olub və 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılıb. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılıb, 1971-ci ildə burada Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.
Bundan başqa, bu xəstəxana Azərbaycanda urologiya və nefrologiya elminin inkişafında böyük rolu olub.
Klinikanın əsaslı təmir-təchizatı və onun nəzdində böyrəkköçürmə mərkəzinin yaradılması haqqında sərəncam prezident İ.Əliyev tərəfindən 2007-ci ilin sentyabrında imzalanıb.
Bu gün klinika ən müasir standartlara cavab verən tibb ocağına çevrilib.
Qeyd olunub ki, sahəsi 7,6 min kvadratmetr olan xəstəxanada 167 otaq, o cümlədən 47 palata, 7 əməliyyat otağından ibarət iki əməliyyat bloku, mətbəx və s. var. Burada yeni qazanxana tikilmiş, fasiləsiz elektrik enerjisi ilə təmin edən generator, mərkəzləşdirilmiş ventilyasiya sistemi qurulub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət