2009-cu ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 32,8% artaraq 2010-cu il yanvarın 1-də $14 mlrd. 900,4 mln. (11 mlrd. 966,5 mln. manat) təşkil edib. Bu barədə çərşənbə axşamı ARDNF-in icraçı direktoru Şahmar Mövsümöv mətbuat konfransında bildirib.
“2009-cu ilin birinci rübündə fondun aktivləri bir qədər azalıb, lakin ikinci rübdən onlar artmağa başlayıb. 2009-cu ildə neftin orta qiyməti bir barelə görə $56 təşkil edib”, - Ş.Mövsümov bildirib.
Onun sözlərinə görə, fondun vəsaitlərinin 98%-i yüksək reytinqli A, AA və AAA aktivlərində yerləşdirilib. Aktivlərin 54,3%-i ABŞ dollarında, 40,7% avroda, 5% funt sterlinqdə yerləşdirilib.
Ş.Mövsümov əlavə edib ki, 2009-cu ildə fondun aktivlər üzrə gəlirliliyi 3,29%, 2006-2009-cu illərdə orta hesabla 4% təşkil edib.
Onun sözlərinə görə, 2009-cu ildə fondun gəlirləri 8 mlrd. 176,7 mln. manat, xərcləri 5 mlrd. 294,5 mln. manat təşkil edib.
Gəlirlər 97,8%, xərclər 99,5% yerinə yetirilib.
Gəlirlərin strukturunda “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilənin həyata keçirilməsi çərçivəsində Azərbaycanın mənfəət neftinin satışından daxilolmalar 7 mlrd. 702,6 mln. manat, xarici investorlar tərəfindən verilən aktivlərdən daxilolmalar 0,6 mln. manat, Bakı-Tiflis-Ceyhan neft kəmərinin fəaliyyətindən əldə edilən dividendlər 156,8 mln. manat, tranzit gəlirləri – 8,9 mln. manat, fondun vəsaitlərinin idarə olunmasından gəlirlər 305,9 mln. manat, akrhesabı ödənişlər - 1,1 mln. manat təşkil edib.
İcraçı direktor vurğulayıb ki, hesabat dövründə fondun xərclərində daha çox hissə - 4 mlrd. 915 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb. Qaçqınların yaşayış şəraitinin yaxşılaşması xərcləri 89,9 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması xərcləri 130 mln. manat, Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası xərcləri 120 mln. manat, Bakı-Tiflis-Qars dəmir yolunun inşası layihəsi çərçivəsində xərclər 22,1 mln. manat, fondun idarə edilməsi üzrə inzibati xərclər 9,6 mln. manat təşkil edib. Qalan məbləğ digər məqsədlərə yönəldilib.
ARDNF-in valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar gəlirləri 97,6 mln. manat təşkil edib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.
Neft Fondu rübdə bir dəfə öz gəlirləri və xərcləri barədə hesabat verir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət