2009-cu ildə əmək qanunvericiliyinin işəgötürənlər tərəfindən icrasına nəzarət 2438 təşkilatda həyata keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü məlumat verib.
“Biz 2438 təşkilatda, 959 dövlət və 1479 qeyri-dövlət təşkilatında nəzarət həyata keçirərkən bəzi nöqsanları aşkar etdik və bizim fəaliyyətimiz onların aradan qaldırılmasına yönəlib”,-deyə N.Şükürlü çərşənbə günü mətbuat konfransında bildirib.
İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması faktları 9124 halda aşkar edilib. “Həmin qanun pozuntularının aradan qaldırılması məqsədilə müəssisələrə göstərişlər verilib və bu işlər bizim tərəfimizdən nəzarətə götürülüb”,-deyə o qeyd edib.
N.Şükürlü qeyd edib ki, qanun pozuntularının təhlili göstərir ki, onlardan 22%-i əmək müqavilələrinin olmaması və ya onların tələblərinin pozulması, 13,3%-i əmək haqlarının hesablanması və ödənilməsi zamanı yol verilən pozuntular, 12,3%-i texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməməsi, 9,3%-i əməyin mühafizzsinin tibbi və sosial məsələləri, 6%-i sosial müavinətlərin hesablanmasl və ödənilməsi ilə bağlıdır.
Qanun pozuntuları ən çox, 2038 halda sənayedə, 1942 halda tikinti sektorunda, 718 halda səhiyyə sahəsində, 745 halda təhsil, elm və mədəniyyət müəssisələrində aşkar edilib.
O bildirib ki, 2009-cu ildə inzibati pozuntulara görə cərimələrin məbləği 553 min manat təşkil edib.
N.Şükürlü həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum 2009-cu ildə 55 nəfəri öz iş yerinə bərpa edib, 7048 işçi və 9876 əmək kollektivi ilə əmək müqaviləsinin bağlanmasını təmin edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət