Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti (MMX) kompüter, server, şəbəkə avadanlığı və proqram təminatının alınması üzrə tender elan edib.
AMB-nin saytında dərc olunmuş tender elanına görə, tender şərtlərinə əsasən kompüter və şəbəkə avadanlığının təchizatı, proqram təminatı müqavilənin imzalandığı andan 30 gün, server avadanlığının təchizatı 45 gün müddətində həyata keçirilməlidir.
Tender təkliflərinin qiymətləndirilməsi aşağıdakı meyarlar üzrə həyata keçiriləcək: qiymət amili, zəmanət və təchizat müddəti.
Avadanlıq və proqram təminatının təchizatçıları öz məhsulları üçün Avropa Birliyinin sertifikatına, Bakıda servis mərkəzinə malik olmalıdırlar.
Tender üzrə təkliflər martın 2-dək qəbul ediləcək. Tender təkliflərinin qiymətləndirilməsi martın 3-də olacaq. Tenderdə iştirak üçün dövlət rüsumu 200 manat təşkil edir.
Xəbər verildiyi kimi, Azərbaycanda Maliyyə Monitorinqi Xidməti 2009-cu ildə yaradılıb.
MMX-nin əsasnaməsinə görə, onun vəzifələrinə 22 vəzifə daxildir. Xidmət terrorizmin maliyyələşdirilməsi, cinayətkar yolla əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasının qarşısının alınması ilə bağlı vəziyyəti öyrənir, bu sahədə təhlil aparır, həmçinin təklif və tövsiyyələr hazırlayır.
Bundan əlavə, xidmətin vəzifəsinə monitorinqə şamil edilən əməliyatların aşkar edilməsi üçün meyarların (xüsusi infikatorların) müəyyən olunması daxildir. Xidmət bu istiqamətdə qanun pozuntuları haqqında məlumat üçün statistik formanı müəyyən edir; aparılan təhlillər və monitorinqlər əsasında məlumatları Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir; mərkəzləşdirilmiş elektron-informasiya sistemini təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət