Azərbaycan parlamenti bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin illik məruzəsini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclasından bildirib.
“Ölkədə keçirilən islahatlar nəticəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətində dəyişikliyə nail olunub”, - deyə ədliyyə nazirinin müavini Vilayət Zahirov çərşənbə axşamı Milli Məclisdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsini təqdim edərək bəyan edib.«Bəzi bələdiyyələr birləşdirilib və ya yenidən təşkil edilib. 2009-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində vətəndaşların fəal iştirakı növbəti dəfə sübut etdi ki, həmin qurumların fəaliyyətinə maraq var. Ötən il bələdiyyələrdə hüquqi maarifləndirmə üzrə işlərin gücləndirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin effektivliyini artırıb»,- deyə o qeyd edib.
Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə isə bildirib ki, qanuna əsasən 1651 bələdiyyənin birləşməsi nəticəsində 614 bələdiyyə yaradılıb. “Ümumilikdə ölkədə bələdiyyələrin sayı azalaraq 1718 təşkil edib”, - deyə o qeyd edib.
M.Səlimzadə deyib ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin yekunlarına əsasən 15 min 591 bələdiyyə üzvü seçilib. Yenidən seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil edib. Onlar arasında qadın və gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Qadınların sayı 4243 təşkil edib, gənclərin sayı isə 4 mini keçib.
Bundan əlavə o bildirib ki, bələdiyyələrə metodoloji köməyin yaxşılaşdırılması, bələdiyyə üzvləri və bələdiyyə əməkdaşlarının hüquqi maarifləndirilməsi sahəsində davamlı tədbirlər görülür.
2009-cu ildə bələdiyyə üzvləri və bələdiyyə əməkdaşları üçün ixtisasartırma kursları və seminarlar təşkil edilib. Bələdiyyələr üçün 872 tövsiyyə və 19 metodik vəsait hazırlanıb.
2009-cu ildə inzibati nəzarət qaydasında baxılmaq üçün bələdiyyələr tərəfindən ədliyyə orqanlarına 21,383 min akt göndərilib. Onlardan 1231 akt Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icraatındadır. Bu aktlardan 333-ü ləğv edilib və ya dəyişdirilib, 87 bələdiyyə aktının ləğv edilməsi barəsində isə məhkəmələrdə iddia qaldırılıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət