Azərbaycanda siqaret çəkməyə qarşı mübarizə strategiyası hazırlanır. Bu barədə Sağlam Həyat Tərzi Proqramının milli koordinatoru Azad Hacıyev siqarət çəkməyə qarşı mübarizə koalisiyası ilə görüşdə bildirib.
“ÜST-nin məlumatına görə, 2005-ci ildə dünyada siqaret çəkmədən 5 mln. insan vəfat edib, 2030 ildə isə bu rəqəm 10 milyona çatacaq”, - deyə A.Hacıyev qeyd edib.
Onun sözlərinə görə əsasən, nəzərdə tutulmuş strategiyanın gerçəkləşdirilməsinə başlamazdan əvvəl Azərbaycanda bu məsələ üzrə böyük müqayisəli təhlil və monitorinq aparmaq vacibdir.
“Bizim məqsədlərimiz ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasına nail olmaq, ölkənin tədris müəssisələrində siqaret çəkməyə qarşı təbliğatın aparılması, hər hansı tütün məhsulunun reklamına qadağa qoyulması, çarx və plakatların yaradılmasıdır”, - deyə o vurğulayıb.
Milli koordinator qeyd edib ki, fəal siqaret çəkməyə başlayan insanların orta yaşı 8-10 yaşdır, buna görə də məktəblərdə tərbiyəyə və antitəbliğata daha çox diqqət ayırmaq lazımdır.
“Məktəblilərlə işə həkimlər və psixoloqlar cəlb olunacaq, kompleks nəzarət təşkil olunacaq”, - deyə A.Hacıyev bildirib.
O vurğulayıb ki, tibb təcrübəsində siqarət çəkmə nəticəsində yaranan 8 xəstəlik mövcuddur ki, bunlara həmçinin infeksion xəstəliklər də daxildir.
“Biz həmçinin bu məhvedici adətdən əl çəkməyə səy göstərən vətəndaşlar üçün bütün şəraitləri yaratmağı planlaşdırırıq”, - deyə koordinator qeyd edib.
Görüşdə siqaret çəkməyə qarşı mübarizə üzrə internet saytının təqdimat mərasimi də keçirilib. Gələcəkdə saytda bu problemi müzakirə etmək istəyənlər üçün forum da yaradılacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət