Dünya Bankının Direktorlar Şurası avtomobil yollarının yaxşılaşdırılması üzrə yeni layihənin gerçəkləşdirilməsi üçün iyulda Azərbaycana $246 mln. məbləğində kredit ayrılmasını təsdiqləyəcək. Bu barədə Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yeceyçak cümə axşamı jurnalistlərə bildirib.
“Kredit üzrə danışıqlar hazırda Bakıda uğurla davam etdirilir. Bütün əsas məqamlar üzrə bank və hökumət arasında razılıq əldə edilib. Düşünürəm ki, iyunun sonuna qədər Dünya Bankının Direktorlar Şurası bu layihənin gerçəkləşməsi üçün Azərbaycana $246 mln. məbləğində kredit ayrılmasına razı olacaq”, - deyə Q.Yeceyçak bildirib.
Onun sözlərinə görə, Bankın Direktorlar Şurası Hövsanda təmizləyici sistemin yenidən qurulması üçün Azərbaycana kredit verilməsi məsələsinə təxminən iyulun əvvəlində baxa bilər.
Xəbər verildiyi kimi, Dünya Bankı avtomobil yolları infrstrukturasının yaxşılaşdırılması üçün $246 mln. həcmində kredit verməyi planlaşdırır. Bununla yanaşı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə $176 mln., Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə $70 mln. təqdim ediləcək.
Layihənin ümumi dəyəri $293 milyon, Azərbaycanın bu layihədə payı $47 milyondur.
DB-nin vəsaitləri 100 km uzunluğunda Bakı-Şamaxı avtomobil yolunun genişlənməsinə, magistral avtomobil yollarının idarə olunmasına və istismarına yeni yanaşmaların tətbiqi üzrə tədqiqatların aparılmasına sərf ediləcək.
DB Hövsanda təmizləyici sistemin yenidən qurulmasına $100-150 mln kredit ayırmağa hazırdır. Bankın kredit vəsaitləri Hövsanda təmizləyici sistemin yenidən qurulması və təmiz suyun dənizə axıdılması üçün boru kəmərinin çəkilməsinə sərf ediləcək. DB krediti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri ilə verməyi planlaşdırır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bankla əməkdaşlıq dövründə 52 layihənin maliyyələşdirilməsi üçün respublikaya $2,7 mlrd. həcmində kredit verilib. Bununla yanaşı, bank avtomobil yolu sahəsində layihələrin həyata keçirilməsi üçün ümumilikdə $415 mln. məbləğində 3 kredit ayrılmasına razılıq verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət