Maliyyə cinayətləri ilə mübarizə üzrə Beynəlxalq Qrup (FATF) 2013-cü ilin I yarısında Azərbaycanda vəziyyətin növbəti qiymətləndirilməsini həyata keçirməyi planlaşdırır. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı çərşənbə axşamı jurnalistlərə bildirib.
“Azərbaycan Avropa Şurasının üzvüdür və “çirkli pulların yuyulması” və terrorizmin maliyyələşdirilməsi əleyhinə hərəkətlərimiz Moneyval çərçivəsində qiymətləndirilir. Moneyval reqlamentinə əsasən, biz qiymətləndirmənin üç mərhələsindən keçmişik və Moneyval 2009-cu ilin dekabrında sonuncu raund üzrə Azərbaycanla bağlı gücləndirilmiş monitorinqin dayandırılması barədə qərar qəbul edib”, - deyə R.Aslanlı söyləyib.
O vurğulayıb ki, hazırda qiymətləndirmənin dördüncü raunduna start verilib və təsdiq edilmiş qrafikə əsasən 2013-cü ilin I yarısında Azərbaycanda vəziyyətin növbəti qiymətləndirilməsi həyata keçiriləcək.
Bundan əlavə, QKDK-nın sədri qeyd edib ki, FATF Azərbaycan hökumətinə beş tövsiyə verib ki, bunlardan dördü qanunvericilik, biri isə institusional mühitin təkmilləşdirilməsi ilə əlaqədardır. O həmçinin əlavə edib ki, parlamentin qəbul etdiyi dörd qanunverici tövsiyə cari ilin martında dövlət başçısı tərəfindən təsdiq edilib və qüvvəyə minib. “Sonuncu təklifə gəldikdə isə bu, olduqca institusional on going process prosesidir, qrafikə əsasən mayın sonunda biz FATF ilə Azərbaycanda nail olunan son tərəqqiləri müzakirə etməyi planlaşdırırıq”, - deyə sədr bildirib.
R.Aslanlı söyləyib ki, “biz ilkin müzakirələr aparmışıq və əminik ki, FATF nail olunmuş irəliləyişlərdən razı qalacaq və biz onlardan müsbət rəy alacağıq”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət