İslam bankları Azərbaycanda islam bankinqinin tətbiqində maraqlıdırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İslam İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Mabid Əli Əl-Carhi bildirib.
“İslam bankları Azərbaycanda islam bankinqi sahəsinə çıxmaqda maraqlıdırlar. Qanunverici baza burada mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan öz qanunvericiliyini dəyişdikdə və bununla da islam maliyyələşdirilməsinin tətbiqini dəstəklədikdə, islam dünyasının bu ölkəyə kapitalı $1 mlrd. təşkil edib. Yəni yaxşı hüquqi baza olmadan biz islam bankinqini tətbiq edə bilmərik (Azərbaycanda –İF-Az)”, - deyə M.Ə. Əl-Carhi söyləyib.
O, hüquqi baza nümunəsi kimi ikiqat vergiqoymanı aradan qaldıran və islam maliyyə müqavilələrini qəbul edən sazişləri qeyd edib. “Biz Azərbaycan hökuməti ilə ölkədə qanunverici bazanın yaradılması sahəsində və islam bankinqinin tətbiqində dəstək göstərilməsində əməkdaşlığa hazırıq”, - deyə Assosiasiyanın prezidenti əlavə edib.
Onun fikrincə, islam bankinqi tətbiq edən Azərbaycan bankları yaxşı təşəbbüs göstərir, “lakin qanunlar dəyişmədən fəaliyyət göstərmək onlar üçün çətin olacaq, çünki onlar məhsulun hamısını deyil, yalnız bir neçə növünü təklif edə biləcəklər”.
“Azərbaycan kifayət qədər təbii ehtiyata malikdir, yaxşı bank sisteminə malik olan və islam bankinqində lider olan Bəhreynin təcrübəsinə əsaslanaraq, onun MDB məkanında islam maliyyələşdirilməsi üzrə mərkəz olmaq üçün böyük potensialı var”, - deyə M.Ə. Əl-Carhi əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət