“Azneft” İstehsalat Birliyi (İB) (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) 2010-cu ilin I rübündə 1 mln. 821,1 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Şirkətin məlumatına görə, yanvar-mart aylarında SOCAR quruda və dənizdə neft-qaz yataqlarının işlənməsi layihələrində öz iştirak payı çərçivəsində 435,4 min ton neft alıb.
“Bundan əlavə, SOCAR quru yataqlarını işləyən əməliyyat şirkətlərində (ƏŞ) iştirak payı çərçivəsində 73,5 min ton, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsindəki payı çərçivəsində 318,2 min ton, “Şahdəniz” layihəsindəki payı çərçivəsində 43,7 min ton kondensat alıb”, - deyə şirkətin nümayəndəsi bildirib.
Bundan başqa, 2010-cu ilin I rübündə SOCAR həmçinin quru yataqlarını işləyən birgə müəssisə və əməliyyat şirkətlərindən yerli bazar üçün 42,4 min ton neft alıb.
I rübdə SOCAR emala 1 mln. 574,7 min ton neft göndərib.
Azərbaycanda quruda neft-qaz hasilatı ilə 6 ƏŞ - Salyan Oil Ltd (SOL, “Kürsəngi” və “Qarabağlı” yataqlarını işləyir), “Karasu Oрerating Comрany” (KOC – “Kəlaməddin" və “Mişovdağ””), “Gobustan Operating Company” (Cənub-qərbi Qobustan), “Binagadi Oil” (“Binəqədi”), “AzShengli” (“Pirsaat”), “Shirvanoil” (“Şimali Gürovdağ”, “Mərkəzi Gürovdağ” və “Cənubi Gürovdağ”) və 2 BM – ANSHAD Petrol Azərbaycan-Malayziya-Türkiyə (“Neftçala”) və “AzGerneft” Azərbaycan-Almaniya (“Ramana”) məşğul olur.
“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları Böyük Britaniyanın BP (39,7629% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Amerada Hess” (2,7213%), Azərbaycanın SOCAR (10%), Yaponiyanın Inрex Corр. (10%) və “ITOCHU Oil” (3,9205%) Norveçin “Statoil” (8,5633%) və Türkiyənin TPAO (6,75%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Layihənin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət