2010-cu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinə ödəmək üçün vergiödəyicilərinə 245,8 milyon manat əlavə vəsait hesablayıb. Bu barədə vergilər naziri Fazil Məmmədov çərşənbə günü Nazirlər Kabinetinin cari ilin I rübündə respublikanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında məlumat verib.
Nazirin çıxışının mətni cümə axşamı rəsmi mətbuatda dərc olunub.
"2010-cu ilin birinci rübü ərzində vergi orqanları tərəfindən bilərəkdən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər qanunazidd hərəkətlərə qarşı ciddi mübarizə aparılıb, bu xüsusatdan olan materiallar üzrə aparılmış nəzarət tədbirləri nəticəsində vergiödəyicilərinə 245,8 milyon manat əlavə vəsait hesablanıb ki, bu da 2010-cu ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunmuş ümumi daxilolmanın 24,4 faizini təşkil edir", - deyə F.Məmmədov bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi qeyri-neft sektoru müəssisələrinin xətti ilə dövlət büdcəsinə vergi ödənişlərinin cari vəziyyətindən razıdır.
"2010-cu ilin I rübündə qeyri-neft sektoru müəssisələrindən vergi daxilolmalarının həcmi hesabat dövrü üçün 536,6 mln. manat plana qarşı 548,5 mln. manat təşkil edib", - deyə nazir qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət