Euromoney Nəşriyyat Qrupunun ənənəvi “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “AccessBank” Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb. Bu barədə bankın saytında yerləşdirilmiş məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, dünyanın ən nüfuzlu mükafatı sayılan Euromoney mükafatı, 25 nominasiya üzrə dünyanın 100-dən artıq ölkəsinin bank və maliyyə institutuna təqdim olunur. Mükafat, qrupun maliyyə analitikləri tərəfindən, namizəd-bankların fəaliyyətinin incələnməsi və xarici müxbir-bankların, eləcə də, görkəmli maliyyəçi və bankçıların sorğulanması nəticəsində verilir.
“AccessBank”ın uğuru hər bir əməkdaşımızın şəxsi payı əsasında qurulub və dünyanın ən nüfüzlu mükafatı sayılan Euromoney-dən “Ən Yaxşı Bank” adını almaq, bankımızın bütün əməkdaşlarının gərgin əməyinin nəticəsidir. Bu mükafat həmçinin, bizim korporativ məqsədimiz olan – şəffaf və məsuliyyətli fəaliyyətin, biznesdə uğur qazanmaq üçün vacib amil olduğunu sübüt edir”,- deyə məlumatda AccessBank-ın Baş Meneceri Andrü Pospilovskiyə istinadən qeyd edilib.
Mükafatın verilməsi zamanı bankın bazardakı yeri və payı, məhsul və xidmətlərin səviyyəsi, idarəetmə sistemi, əməkdaşlarının peşəkarlığı, bankın innovasiya xarakteri və kapitalı nəzərə alınır.
Euromoney Qrupuna, maliyyə və bank sahəsində ixtisaslaşmış 100-ə yaxın müxtəlif şirkət daxildir. 1969-cu ildə şirkətin yaranmasına aylıq “Euromoney” jurnalı təməl qoyub.
“AccessBank”ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın Kfw, Access Holding, LFS Financial Systems GmbH şirkətləridir.
“AccessBank” 2009-cu ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 251-ci, Azərbaycanın 46 bankı arasında 9-cu yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət