Nazirlər Kabineti “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qaydalara əsasən, informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (Reyestr operatoru) tərəfindən həyata keçiriləcək.
İnformasiya Sistemlərinin dövlət qeydiyyatına alınması üçün yalnız mülkiyyətçi və ya operator ərizə ilə Reyestrin operatoruna müraciət edir. Müvafiq müraciətdən sonra bir ay müddətində İnformasiya Sisteminin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edilir, İnformasiya Sistemi haqqında məlumatlar Dövlət Reyestrinə daxil edilir, müraciətedənə Dövlət Reyestrindən çıxarış verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Reyestrin operatoru bu barədə Müraciətedənə 5 iş gün ərzində yazılı məlumat verir.
Reyestrin operatoru İnformasiya Sistemlərinin dövlət qeydiyyatını aşağıdakı hallarda ləğv edir: mülkiyyətçi tərəfindən İnformasiya Sisteminin dövlət qeydiyyatının ləğvinə dair müvafiq ərizə təqdim edildikdə, bu barədə müvafiq məhkəmə aktı olduqda, fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinə dair tələblər il ərzində təkrar pozulduqda.
Qanunun qüvvəyə minməsinə qədər mövcud olan və Qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan İnformasiya Sistemləri bu Qaydalar qüvvəyə mindikdən sonra 1 il müddətində dövlət qeydiyyatından keçirilməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət