Azərbaycanın maliyyə-bank sistemi dünya böhranının mənfi nəticələrini dəf edə bilib. Bu barədə çərşənbə günü ölkənin maliyyə naziri Samir Şərifov Bakıda BFB-nin yaradılmasının onilliyi münasibətilə "Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“Azərbaycanın maliyyə bazarı formalaşmağa davam edir və dünya böhranı ölkənin maliyyə-bank sisteminə müəyyən mənfi təsir edib. Lakin bu gün əminliklə söyləmək olar ki, bu ” mənfi təsir arxada qalıb”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, maliyyə sisteminin gələck inkişafı üçün bir sıra tədbirlər görmək lazımdır. O cümlədən lazımi infrastruktur yaratmaq, fond bazarının effektivliyini təmin etmək, maliyyə bazarının iştirakçılarının potensialını artırmaq, maliyyə bazarın tətbiq edilən alətlərin sayını genişləndirmək lazımdır.
S.Şərifov hesab edir ki, kollektiv investisiyalar mexanizminin tətbiqi və inkişafına ehtiyac var.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı öz çıxışında qeyd edib ki, 2005-ci ildən BFB-də investorların fəallığının artımı müşahidə edilir. “2005-2009-cu illərdə birjada aparılan əməliyyatların həcmi 6,5 dəfə artıb, korporativ qiymətli kağızlar bazarının həcmi 23 dəfə artıb, BFB-də aparılan əməliyyatların həcmi 4% - ÜDM-nin 10%-nə qədər artıb”, - deyə o bildirib.
QKDK rəhbəri qeyd edib ki, hazırda əsas məqsədlərdən biri investorların investisiya portfelinin effektivliyinin təmin edilməsidir. Bununla yanaşı o qeyd edib ki, bununla əlaqədar olaraq QKDK hazırda parlamentdə müzakirə edilən “İnvestisiya fəaliyyəti haqqında” qanunun qəbul edilməsinə ümid bəsləyir.
Konfrans zamanı onun iştirakçıları kollektiv investisiyanın inkişafı, investisiya fondları üçün London birjasında imkanlar, kollektiv investisiyalar üzrə klirinq və hesablaşma əməliyyatların keçirilməsi imkanı məsələsində Türkiyə və Polşanın təcrübəsi ilə tanış olublar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət