Maliyyə Nazirliyi sığorta şirkətləri üçün kapitalları üzrə minimal tələblərin icra müddətini 1-2 il uzada bilər. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
“Sığorta şirkətləri üçün kapitallaşma cədvəli (kapitala minimal tələblərin artırılması- İF) dəyişəcək. Hazırda bu məsələyə Maliyyə Nazirliyinin kollegiyasında baxılır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, cari vəziyyəti nəzərə alaraq, yəqin ki, bu cədvələ müəyyən dəyişikliklər daxil ediləcək və qrafik o qədər də radikal olmayacaq. “Kapital üzrə müəyyən edilmiş minimal tələblərin icra müddəti 1-2 il uzadıla bilər”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2008-ci ilin avqustunda Maliyyə Nazirliyi sığorta və təkrar sığorta şirkətləri üçün öz kapitallarına qarşı yeni minimal tələbləri təsdiq edib. Sığorta şirkətləri 2010-cu il yanvarın 1-dək ən azı 2 mln. manat, təkrar sığorta şirkətləri 4 mln. manat, 2011-ci il yanvarın 1-dək 3,5 mln. manat və müvafiq olaraq 7 mln. manat, 2012-ci il yanvarın 1-dək 5 mln. manat və müvafiq olaraq 10 mln. manat məbləğində kapitala malik olmalıdır.
Qərara əsasən, 2008-ci il avqustun 1-dən sonra təsis ediləcək sığorta şirkətləri ən azı 5 mln. manat, təkrar sığorta şirkətləri isə ən azı 10 mln. manat səviyyəsində kapitala malik olmalıdır.
Əvvəl Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin (DSNŞ) müdiri Namiq Xəlilova istinadən bildirilib ki, Azərbaycanın Sığortaçılar Assosiasiyası (ASA) Maliyyə Nazirliyinə bir sıra təkliflərlə müraciət edib. Bu təkliflər sırasına kapitallaşmanın artırılması qrafikini yumşaldılması, ehtiyatlar, investisiya istiqamətləri üzrə bir sıra normativlərin təkrar nəzərdən keçirilməsi daxildir. “Biz hesab edirik ki, sığortaçıların belə təklifləri əsaslıdır. Zamanında biz kapitallaşma və normativlər qrafikini təsdiq edəndə, sığorta bazarı sürətli templərlə artırdı. Və biz beləliklə bazarın davamlı artımının təmin edilməsi üçün sığortaçıların fəaliyyətində möhkəm təməl yaratmaq istəyirdik. İndi digər vəziyyət müşahidə edilir və bazarın bu qədər sərt tənzimlənməsinə ehtiyac yoxdur. Bu mərhələdə bəzi tələbləri yumşaltma imkanı var” -deyə xidmət rəhbəri bildirib.
Hazırda respublikada 27 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət