Parlamentin iqtisadi siyasət üzrə komitəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) hazırladığı “İnvestisiya fondları haqqında” qanunun yeni redaksiyasını II oxunuşda qəbul etməyi Milli Məclisə tövsiyə edir.
Belə qərar komitənin çərşənbə günü keçirilən iclasında qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin tədbirdə iştirak edən müxbiri bildirib.
“Qanun layihəsinin I oxunuşda qəbul edilməsindən sonra, işçi qrupu qanun layihəsinə baxılması zamanı deputatlar tərəfindən irəli sürülmüş təkliflərin müzakirəsi məqsədilə bir neçə iclas keçirib. Lakin II oxunuş üçün hazırlanmış qanun layihəsində köklü dəyişikliklər yoxdur”, - deyə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev söyləyib.
Onun sözlərinə görə, qanun layihəsində dəyişikliklər əsasən redaksiya və stilistik mahiyyət daşıyır.
Xəbər verildiyi kimi, qüvvədə olan “İnvestisiya fondları haqqında” qanun hələ 1999-cu ildə qəbul edilib və hazırda Azərbaycanın qiymətli kağızlar bazarında baş verən prosesləri tənzimləməyə imkan vermir. Qanunun yeni redaksiyası bazarın daha dinamik inkişafına imkan yaradacaq.
Əvvəl Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanova istinadən xəbər verilib ki, qanunun yeni redaksiyası bazarın inkişafı üçün bir sıra üstünlüklər yaradır. Belə qanunun qəbul edilməsi bazarda təklifi genişləndirməyə imkan yardacaq, çünki İF bazarda yeni alətlərin yaranmasını stimullaşdıracaq. Üçüncüsü bazarda əməliyyatların həcmi genişlənəcək və iştirakçılar üçün daha əlverişli şərait yaradılacaq.
Qanunun yeni redaksiyası investisiya fondlarının fəlaiyyətində bir sıra yeniliklərin tətbiqini nəzərdə tutur. Həmçinin hazırda qüvvədə olan qanunvericiliyə əsasən investisiya fondları Azərbaycanda yalnız səhmdar cəmiyyət formasında yaradıla bilər. Qanun layihəsinin yeni redaksiyası isə investisiya fondlarının pay fondları formasında yaradılmasına icazə verir.
Bundan əlavə qanunun yeni redaksiyası investisiya fondlarının lisenziyalaşmasının dəqiq prosedurunu müəyyən edir. Qanun layihəsinə əsasən lisenziyalaşma iki mərhələdə həyata keçir. Birinci mərhələdə investisiya fondları yaratmaq istəyən şəxslər fondun yaradılmasının məqsədəuyğunluğuna icazə almaq üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edəcəklər. Bu müraciətə 60 gün ərzində baxılacaq. İkinci mərhələdə artıq dövlət qeydiyyatından keçdikdən sonra yaradılan İF hüquqi şəxs kimi lisenziya almaq üçün bir daha Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edəcək. İkinci mərhələdə müraciət müddəti 30 gündür.
1999-cu ildən indiyədək Azərbaycanda investisiya fondu yaradılmamışdır ki, bu da bu sahədə qanunvericiliyin qeyri- mükəmməl olması ilə əlaqədardır.
“İnvestisiya fondları haqqında” qanun layihəsinə II oxunuşda oktyabrın 8-də Milli Məclisin plenar iclasında baxılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət