Ekologiya İdarəsi “Ümid” yatağında qazma işləri aparılarkən ətraf mühitə təsirin qiymətləndirlməsinə dair monitorinq həyata keçirib. Bu barədə şirkətin Ekologiya İdarəsinin saytında məlumat verilir.
Bununla yanaşı ekspedisiyanin əməkdaşları tərəfindən dəniz ekosisteminə təsir edən parametrlərin müəyyənləşdirilməsi məqsədilə “MPK-452” elmi-tədqiqat gəmisi vasitəsilə ekoloji monitorinq həyata keçiriblər.
Monitorinq zamanı bir sıra ekoloji tədbirlərin həyata keçirildiyi aşkar edilmişdir. Belə ki, qazma zamanı formalaşan neft əsaslı qazma şlamı xüsusi qapalı konteynerlərə yığılaraq Ekologoya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilir. Kimyəvi reagentlər xüsusi ayrılmış üstü örtülü qapalı sahədə saxlanılır. Məişətdə istifadə edilməsi üçün məhsuldarlığı sutkada 12-15 m3 olan 2 ədəd su duzsuzlaşdıran “Əks-Osmos” qurğusu quraşdırılıb.
Bununla belə, bəzi çatışmazlıqlar qeydə alınmış və bu çatışmazlıqların aradan qaldırılması üçün təkliflər verilib.
Monitorinq zamanı kompleks ekoloji tədqiqat işləri aparılmış, dənizdən su, qrunt, bentos, zooplankton, o cümlədən dərin dəniz özülündən qazma şlamı, axıntı çirkab suları və “Əks-Osmos” qurğusundan nümunələr götürülüb.
Götürülmüş nümunlər təhlil olunmaq üçün Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət