2010-cu ilin 1 noyabr tarixinə Azərbaycanda geniş mənada pul kütləsi (nağd pullar, təcili əmanətlər, tələb olunana qədər əmanətlər və depozitlər) 9 mlrd. 619,9 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinin göstəricisindən 13,6% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Mərkəzi Bankdan (AMB) bildirilib.
Bununla yanaşı, cari ilin aprelində geniş mənada pul kütləsi mart ayı ilə müqayisədə 2,4% artıb.
Pul kütləsi strukturunda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2010-cu ilin 1 noyabr tarixinə 4 mlrd. 942,6 mln. manat təşkil edib, oktyabrda 0,9%, yanvar- oktyabr aylarında isə 18,4% artıb.
Cari ilin noyabrın əvvəlinə M1 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər və depozitlər) 5 mlrd. 999,9 mln. manat təşkil edib, oktyabrda 1,7%, ilin əvvəlindən 14,5% artıb.
2010-cu ilin noyabrın əvvəlinə M2 pul aqreqatı (nağd pullar, tələb olunana qədər əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 7 mlrd. 314,5 mln. manat təşkil edib, oktyabrda 2,2%, yanvar-oktyabr aylarında 18,5% artıb.
2010-cu ilin oktyabr ayının yekunlarına əsasən, xarici valyutada depozitlər 2 mlrd. 305,4 mln. manat təşkil edib, hesabat ayında 3,2%, ilin əvvəlindən isə 0,2% artıb. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı 2010-cu ilin 1 oktyabr tarixinə 23,8%-ə qarşı 2010-cu ilin 1 noyabr tarixi üçün 24% təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət