2011-ci il 1 yanvar tarixdən “Fiziki şəxslərə məxsus minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları” qüvvəyə minəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Sığorta Nəzarəti xidmətindən bildirilib.
“Bu qaydalar Maliyyə Nazirliyi tərəfindən hazırlanıb. Ədliyyə Nazirliyi tərəfindən 01.12.2010-cu il tarixdə dövlət qeydiyyatına alınan qaydaların 01.01.2011-ci il tarixdən qüvvəyə minməsi nəzərdə tutulub”, - deyə xidmət nümayəndəsi bildirib.
Bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası növü üzrə aşağıdakı sığorta siniflərini əhatə edir: avtonəqliyyat vasitələrinin sığortası; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası; fərdi qəza və xəstəlik sığortası.
Sənədə əsasən sığorta müqaviləsi sığortaçı və sığortalayan arasında müqavilədə göstərilən tarixdə qüvvəyə minir, lakin o şərtlə ki sığorta haqqı tam və ya qismən ödənilsin.
Qaydalar sığorta ödənişinin keçirilməsi qaydasını, sığortanın alınması üçün lazım olan sənədlərin təqdim edilməsi, sığorta şirkətinin sığorta ödənişindən imtina səbəbindən mübahisəli halların nizamlanması qaydalarını müəyyən edir.
Şərtlərə əsasən sığorta məbləği sığorta edilən avtomobilin bazar qiymətindən yuxarı ola bilməz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət