–"Azərbaycanın Vergilər Nazirliyinə kompyuterləşmiş əsasda audit sisteminə dəstək (Elektron audit)" twinning layihəsinin Azərbaycanda Reallaşdırılması böyük müəssisələrdə keçirilən vergi yoxlamalarının effektivliyini artırmağa imkan verəcək. Azərbaycanın vergilər nazirinin müşaviri Asəf Əsədov belə hesab edir.
"Azərbaycanda hazırda gəlirlər üzrə bəyannamələrin 70%-i (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - İF-Az), gəlir vergisi, ƏDV üzrə bəyannamələrin 95-98%-i elektron formada vergi orqanlarına verilir", - deyə o cümə axşamı layihənin təqdimatında bildirib.
Onun sözlərinə görə, elektron audit sisteminin tətbiqi müəssisələrdən alınan məlumatların işlənməsi prosesini sürətləndirməyə imkan verəcək.
Bununla yanaşı o qeyd edib ki, layihə çərçivəsində Vergilər Nazirliyində elektron auditorlar qrupu formalaşdırılacaq. "E-audit sistemi zamanı elektron auditorlar əvvəlcə müəssisəyə müvafiq bildiriş göndərəcəklər. Müəssisə bu bildirişə əsasən Vergilər Nazirliyinə mühasibat hesabatını və sənədləri verəcəklər. Auditorlar bu hesabatı alıb, bu müəssisə tərəfindən vergi ödənişindən yayınma riskini təyin etmək üçün onun analizini keçirəcəklər. Auditin tamamlanmasından sonra bütün alınmış sənədlər məhv edilməlidir və bununla da kommersiya sirri qorunacaq", - deyə o qeyd edib.
Layihəyə 6 komponent daxildir: elektron auditin tətbiqi üçün lazım olan hüquqi bazanın hazırlanması; proqram təminatının seçilməsi; elektron audit üzrə məlumat bazasının yaradılması; e-auditorlar üçün metodologiya və təlimlərin keçirilməsinin hazırlanması; orta və böyük müəssisələr tərəfindən tətbiq edilən elektron mühasibatın tətbiqi təcrübəsinin inkişafı; Azərbaycanda elektron audit sisteminin tətbiqi.
A.Əsədov əlavə edib ki, iki il üçün nəzərdə tutulmuş layihənin reallaşdırılması çərçivəsində respublikanın bir sıra pilot müəssisələrində e-audit sisteminin tətbiqi planlaşdırılır.
Azərbaycanın vergilər naziri Fazil Məmmədov çıxış edərək, qeyd edib Vergilər Nazirliyi bu layihənin reallaşdırılmasından çox şey gözləyir. "Bu layihə nazirliyin texniki, texnoloji, analitik potensialını genişləndirməyə, əlverişli biznes-mühit formalaşdırmağa imkan verəcək. Layihənin reallaşdırılması çərçivəsində qanunverici bazanın mükəmməlləşdirilməsi, müxtəlif islahatların və tədbirlərin keçirilməsi planlaşdırılır ", - deyə o qeyd edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobianın fikrincə Avropa Ittifaqı, Azərbaycanda twinning layihələrin reallaşdırılmasını effektiv hesab edir. "Azərbaycanda 20 twinning layihə həyata keçirilir ki, onlardan 3-ü artıq başa çatıb, 17-si davam edir. Biz bu proqramı müvəffəqiyyətli hesab edirik. Belə twinning layihələr qanunvericiliyin mükəmməlləşdirməsinə, nazirliklərin və qurumların yenidən təşkilinə kömək edir", - deyə o əlavə edib.
Layihənin təqdimatı zamanı qeyd edilib ki, Azərbaycanın Vergilər Nazirliyinin tərəfdaşı olan Niderlandların Vergi və Gömrük Administrasiyası Latviyada, Türkiyədə, Bolqarıstanda və Polşada analojı layihələrin reallaşdırılması təcrübəsinə malikdir.
"Elektron audit" layihəsinin dəyəri 1 milyon avro təşkil edir və Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət