Azərbaycan İpoteka Fondu (AİF) cümə axşamı hərracda 3 mln. manat məbləğində istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan bildirilib.
“Təqdim edilən sifarişlərin ümumi həcmi 10 mln. 891 min manat təşkil edib. Hərracın yekunlarına əsasən, istiqrazların bütün həcmi - hərraca çıxarılmış 3 mln. manat yerləşdirilib. İstiqrazlar 2 investor tərəfindən alınıb”, - deyə məlumatda bildirilir.
İstiqrazlar 100, 9583% qiymətlə yerləşdirilib.
İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir.
Xəbər verildiyi kimi, QKDK 2010-cu il noyabrın 19-da AİF-in 60 mln. manat məbləğində istiqrazlarının üçüncü emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 60 min istiqraza bölünüb. İstiqrazlar gəlirliliyi illik 3% olmaqla buraxılıb.
Beləliklə, 2011-ci ilin yanvar-may aylarında AİF üçüncü emissiya çərçivəsində yeddi hərracda 28 mln. manat məbləğində istiqraz yerləşdirib.
2010-cu ilin yanvar ayında AİF birinci emissiya çərçivəsində 55 mln. manat, 2010-cu ilin dekabrında ikinci emissiya çərçivəsində 75 mln. manat məbləğində istiqrazların yerləşdirilməsini başa çatdırıb.
AİF 2009-cu il iyunun 1-dən 22 agent-bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Şərtlərə görə, kredit üzrə aylıq ödəniş kredit götürənin ümumi gəlirinin 70%-dən çox olmamalıdır. Kredit götürən öz həyatını və əmək qabiliyyətini, eləcə də ipotekaya götürdüyü əmlakı mütləq sığorta etdirməlidir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. Sonradan dövlət büdcəsindən maliyyələşdirmənin olmaması ilə əlaqədar ipoteka kreditlərinin verilməsi dayandırılıb. Ümumilikdə 2006-cı ildən 2011-ci il aprelin 30-dək AİF-in agent-bankları 267,3 mln. manat məbləğində ipoteka krediti verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət