ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü çərçivəsində xidmət sahəsinin müxtəlif istiqamətlərinin təhlilini aparıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildirilib.
“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) “Azərbaycanda Ticarət və Rəqabətlilik” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycan Respublikasının ÜTT-yə üzv olması ilə bağlı aparılan xidmətlər üzrə ikitərəfli danışıqlarda ölkəmizin mövqeyinin əsaslı şəkildə formalaşdırılması məqsədilə silsilə təhlillər təşkil olunub”, - deyə hökumət nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, agentliyin eksperti Alisiya Qriniç “Xidmətlərdə subsidiyalar”, “Maliyyə xidmətləri”, “Horizontal öhdəliklər” və s. mövzulara həsr olunmuş təhlil aparıb.
“Hazırlanmış təhlillər əsasında aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün dəyirmi masalar təşkil olunmuşdur. Alisiya Qriniç təhlilin nəticələrinin təqdimatını keçirib”, - deyə o əlavə edib.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq haqqında ərizə verib.
Ölkə 2007-ci ildə Türkiyə, 2008-ci ilin mayında Oman və BƏƏ, 2010-cu ilin mayında isə Gürcüstanla danışıqların başa çatması haqda ikitərəfli protokol imzalayıb. Yaxın zamanlarda respublika danışıqların başa çatması ilə əlaqədar Moldova və Qırğızıstanla protokol imzalamağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət