Azərbaycan Nəqliyyat Nazirliyi 2011-ci il noyabr ayının sonuna qədər şəhər nəqliyyatının intellektual idarə olunması mərkəzini işə salmağı planlaşdırır. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Nəqliyyat Nazirliyi katibliyinin şöbə müdiri Namik Həsənov bildirib.
“Əvvəlcə mərkəzi iyunda işə salmaq planlaşdırılırdı, ancaq layihəyə dəyişikliklər edilib, onun əhatə zonası genişlənib. Belə ki, əvvəllər layihə çərçivəsində video müşahidənin 6 əsas istiqamət üzrə quraşdırılması güman edilirdi, ancaq sonra əhatəni genişləndirmək haqqında qərar qəbul edilib. Buna görə də biz güman edirik ki, onun hazırlığı noyabrın sonuna qədər başa çatacaq”, - deyə N.Həsənov əlavə edib.
O həmçinin bildirib ki, layihədə dəyişikliklərlə əlaqədar olaraq onun əvvəlcə $77 mln. həcmində qiymətləndirilən dəyəri $100 mln.-a qədər artıb.
N.Həsənov həmçinin deyib ki, bir-iki ay ərzində Bakıya Cənubi Koreya istehsalı olan “Daewoo” markalı 200 yeni avtobus gətiriləcək ki, bu da sərnişin nəqliyyatına tələbatları tam təmin etməyə imkan verəcək.
Xəbər verildiyi kimi, Azərbaycan Nəqliyyat Nazirliyi 2008-ci ilin mayında Bakıda şəhər nəqliyyatının intellektual idarə olunması mərkəzinin yaradılması üçün Cənubi Koreyanın SK C & C Co. Ltd şirkəti ilə müqavilə imzalayıb.
Şəhər nəqliyyatının intellektual idarə olunması mərkəzinin yaradılmasında məqsəd Bakının şəhər nəqliyyatında müşahidə olunan çətinlikləri aradan qaldırmaqdır. Bu, avtobusların hərəkətinin bir mərkəzdən idarə olunmasına, hərəkətin tənzimlənməsinə, hər hansı problemin aradan qaldırılmasına dair operativ qərarların qəbuluna imkan verəcək.
Bu sistemin yaradılması avtonəqliyyat vasitələrinin hərəkəti, onların sürəti, dayanacaqlar, nəqliyyat qəzaları, tixaclar və digər hallar barədə mərkəzi dispetçer məntəqəsinə operativ məlumatın ötürülməsinə imkan yaradacaq. Gələcəkdə layihə çərçivəsində elektron kartlarla ödəniş sistemi tətbiq ediləcək ki, bu da sərnişinlərə yüksək səviyyədə xidmət göstərməyə imkan verəcək. Belə ki, avtomobil və dəmir yolu vağzallarında, aeroportlarda və limanlarda quraşdırılmış pos-terminallar vasitəsilə sərnişinlərə və ya turistlərə bütün nəqliyyat növləri ilə optimal marşrutlar və onlar arasında əlverişli transfert seçimi haqqında məlumatın verilməsi, eləcə də biletlərin mərkəzləşdirilmiş satışı mümkün olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət