2011-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyat hesabının profisiti $4 mlrd. 826 mln. təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 23,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin saytında dərc olunmuş bankın 2011-ci ilin I rübü ərzində tədiyə balansına əsasən, hesabat dövründə neft-qaz sektoru üzrə profisit $6,3 mlrd. təşkil edib, qeyri-neft sektoru üzrə profisit isə $1,5 mlrd.-a bərabərdir.
AMB-nin məlumatına görə, 2011-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi $10 mlrd. 538 mln. təşkil edib və Azərbaycan xarici ticarətdə $6 mlrd. 554 mln. səviyyəsində profisitə malik olub. Bundan başqa, xarici ticarət dövriyyəsinin həcmindən 14,6% MDB, 85,4% - uzaq xarici ölkələrinin payına düşüb.
$8 mlrd. 546,1 mln. həcmində xarici ticarətin strukturunda $8 mlrd. 199,6 mln. neft və neft məhsullarının payına düşüb ki, bu da Azərbaycanın mal ixracının ümumi həcminin 95,9%-ni təşkil edir.
$1 mlrd. 991,9 mln. həcmində idxalın strukturunda $791,3 mln. istehlak mallarının, o cümlədən $317,9 mln. ərzaq mallarının payına düşüb. 2011-ci ilin yanvar-mart aylarında $142,4 mln. məbləğində investisiya malları, $1 mlrd. 58,2 mln. məbləğində qeyri-mallar idxal olunub.
Xəbər verildiyi kimi, AMB 2011-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisitini ən azı $13-14 mlrd. səviyyəsində proqnozlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət