İyunun 16-18-də Bakıda ITE Group şirkəti və onun Xəzər regionunda eksklüziv tərəfdaşı Iteca Caspian şirkəti tərəfindən Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian Azerbaijan”) sərgisi keçiriləcək.
“Bu il sərgidə Azərbaycan, Almaniya, İran, Çin, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan 54 şirkət, təşkilat və sahə strukturları təmsil olunacaq. İştirakçıların 50%-ni xarici şirkətlər təşkil edir. 2010-cu illə müqayisədə sərgi sahələri 60%, iştirakçıların sayı isə 2 dəfə artıb”, - deyə sərginin meneceri Orxan Əhmədov çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iştirakçıların ümumi sayının 30%-ni sərgiyə ilk dəfə qatılan şirkətlər təşkil edir. Bu, Riqa Ticarət Limanı, Həştərxanın Olya limanı, “CNR Corporation” (Çin), “Mot McDonald” (Çexiya) və başqa şirkətlərdir.
Sərgidə ilk dəfə Latviyanın milli stendi təqdim olunacaq.
Sərgi ilə yanaşı, I Xəzər Beynəlxalq “Yol infrastrukturu və ictimai nəqliyyat” sərgisi keçiriləcək.
Bundan başqa, sərgi çərçivəsində iyunun 17-də I Xəzər Beynəlxalq Nəqliyyat Konfransı keçiriləcək. Konfransda Azərbaycan və Rusiyanın Nəqliyyat nazirlikləri, kommersiya və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.
Konfransda Azərbaycanın nəqliyyat kompleksinin fəaliyyəti və inkişafı, dünya nəqliyyat sisteminə inteqrasiyası məsələləri, ölkənin gələcək nəqliyyat kompleksinin prioritet və perspektiv istiqamətləri müzakirə ediləcək. Beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində daşınmalarla bağlı məsələlərə xüsusi diqqət ayrılacaq. Konfransın sessiyalarından biri yol infrastrukturu sahəsində innovasiyalara və ictimai nəqliyyata həsr olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət