Gənc Azərbaycan rəssamı Məryəm Ələkbərlinin əsərləri 2011-ci ilin dekabrında Parisdə təqdim ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sənətşünas, tədbirlərin koordinatoru İradə Afaqi bildirilib.
« Parisdə YUNESKO-nun zalında dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçiriləcək. Bu tədbirdə bizim istedadlı rəssamımız, daun sindromundan əziyyət çəkən Məryəm Ələkbərlinin əsərləri təqdim ediləcək”, -deyə İ.Afaqi bildirib.
O qeyd edib ki, rəssamın yaradıcılığı haqqında rəsm, qrafika və batik üslubunda iki albom əsərləri buraxılıb.
İ.Afaqinin sözlərinə görə, Azərbaycan rəssamının əsərləri məşhur dünya sənətşünaslarının diqqətini cəlb edib ki, onların rəyləri kitablarda əksini tapıb.
"Parisdə Nanter universitetinin müasir incəsənət professoru, məşhur fransız sənətşünası Terri Dyufren öz "Məryəm – daxili işığı olan rəssam" məqaləsində yazıb ki, bu işıq bizə onu görməyə və bizi əhatə edən mürəkkəb dünyanı daha yaxşı anlamağa kömək edir. Məşhur alman sənətşünası, Berlin incəsənət institutunun professoru İnqa Şmidtin yazır: " Əgər mən Məryəmin əsərləri ilə əvvəl tanış olsaydım, mən Berlin incəsənət akademiyasında öz tələbələrimə deyərdim: " Məryəmin şəkillərinə baxın və ondan öyrənin!", - deyə İ.Afaqi qeyd edib.
O əlavə edib ki, bu günlərdə Məryəm Ələkbərli müsabiqədən müvəffəqiyyətlə keçib və Parisdə ali dekorativ sənət məktəbinə qəbul edilib.
Azərbaycan Səhiyyə Nazirliyinin statistik məlumatlarına əsasən, respublikada 2010-cu ilin məlumatlarına görə 13 yaşa qədər 350 nəfər, 14-17 yaşlı 36 nəfər, 18-29 yaşlı 11 nəfər, 30 yaşdan yuxarı 8 nəfər Daun sindromu ilə qeydiyyatdan keçib. Azərbaycanda 2010-cu ildə Daun sindromu ilə 52 körpə dünyaya gəlib. Ümumiyyətlə dünyada 700 uşaqdan biri bu sindromla dünyaya gəlir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət