SOCAR şirkətinin “Azəriqaz” İstehsalat Birliyi oktyabrın sonuna qədər Azərbaycanın qaz təsərrüfatının payız-qış mövsümünə hazırlığı üzrə işləri başa çatdıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-in qaz təsərrüfatının istismarı şöbəsinin rəis müavini Xəyyam Aydınov bildirib.
O qeyd edib ki, ölkədə qaz təchizatının yaxşılaşdırılması üzrə işlər təsdiqlənmiş fəaliyyət planı üzrə həyata keçirilir. “Plan istehlakçıların qazla təchizatında bütün problemlərin və texniki nasazlıqların aradan qaldırılmasını nəzərdə tutur. Bu məqsədlə yeni qaz xətləri çəkilir və mövcud qaz xətləri təmir olunur, köhnə sayğaclar yeniləri ilə əvəz edilir və bir sıra digər işlər həyata keçirilir. Plana əsasən, 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıq işləri oktyabrın sonuna qədər başa çatdırılmalıdır”, - deyə X.Aydınov əlavə edib.
O həmçinin bildirib ki, “Azəriqaz” İB Azərbaycanın cəbhəyanı rayonlarının qazlaşdırılması üzrə işləri davam etdirir.
“Ağdam rayonunun, demək olar, bütün kəndləri artıq qazlaşdırılıb. Ümumilikdə, cəbhəyanı rayonların qazlaşdırılması prosesi artıq başa çatmaq üzrədir”, - deyə X.Aydınov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət