İyulun 6-da Əfqanıstanda qəzaya uğramış Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İL-76 yük təyyarəsində olan ekipaj üzvlərinin cəsədlərinin identifikasiyası 4 nəfərin kimliyini müəyyən etməyə imkan verib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov məlumat verib.
“Dəqiq müəyyən edilib ki, cəsədlərin qalıqları dörd nəfərə aiddir. Qalan 5 ekipaj üzvü əvvəlkitək itkin düşmüş hesab olunur”, - deyə o cümə günü Bakıda mətbuat konfransında bildirib.
O qeyd edib ki, üç Azərbaycan və bir Özbəkistan vətəndaşının kimliyi müəyyən olunub. Qəza yerində aşkar edilmiş cəsədlər ikinci pilot Morşixin Oleqə, bort operatoru Tapdıq Qəhrəmanova, texnik Mehman Hüseynova, həmçinin bort mühəndisi, Özbəkistan vətəndaşı Şatobin Vladimirə aiddir.
“Digər 5 ekipaj üzvünün cəsədlərinin qalıqları tapılmayıb. Tibbi məhkəmə ekspertizası zamanı onların cəsədlərinin fraqmentləri də aşkar edilməyib. Buna görə də onlar itkin düşmüş hesab olunurlar. Əgər 6 ay ərzində onların taleyi haqqında yeni məlumat olmasa, onlar rəsmən həlak olmuş sayılacaqlar”, - deyə İ.Əmirov əlavə edib.
O həmçinin vurğulayıb ki, “təyyarənin vurulması ehtimalı sıfıra bərabərdir”.
“Təyyarənin Baqram aeroportuna uçan zaman hələlik məlum olmayan səbəbdən kursdan geri qalmasının səbəbləri araşdırılır. Təyyarə aeroporta nəzərdə tutulmayan tərəfdən uçub. Ekipajın uçuş trayektoriyasını hansı səbəbdən dəyişməsini Əfqanıstandakı texniki komissiya bu ölkənin nəqliyyat nazirinin başçılığı altında aydınlaşdırmalıdır”, - deyə İ.Əmirov bildirib.
“Silk Way” aviaşirkətinin direktoru Şəmsəddin Mirsalayev qeyd edib ki, ekipajın təcrübəli olmasına şübhə yoxdur, “hava şəraiti yaxşı idi, yanacaq kifayət qədər idi, təyyarə texniki baxımdan saz idi”.
“Biz komissiyanın son rəylərini gözləyirik, bundan sonra kompensasiyalar ödəniləcək”, - deyə Ş. Mirsalayev əlavə edib.
Azərbaycan Səhiyyə Nazirliyi yanında Məhkəmə-Tibbi Ekspertizanın baş direktoru Şakir Musayev qeyd edib ki, genetik ekspertiza birmənalı şəkildə müəyən edib ki, cəsədlərin qalıqları həmin dörd şəxsə aiddir. “Müəyən edilib ki, ölümə səbəb partlayışla bağlı alınan xəsarətlər olub”, - deyə Şakir Musayev bildirib.
Onun sözlərinə görə, iddia etmək olar ki, qəzaya qədər bütün insanlar sağ idi, təyyarənin dağa çırpılması, partlayış və daha sonra uzun sürən və güclü yanğın baş verib ( 3 saatdan çox). “Qəza yerində hələ də hər hansı qalıqların qalması az ehtimal edilir”, - deyə o bildirib.
İyulun 6-na keçən gecə Əfqanıstanda Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İl-76 yük təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan beş Azərbaycan və dörd Özbəkistan vətəndaşının hamısı həlak olub. Bakı-Baqram marşrutu ilə hərəkət edən təyyarədə ümumilikdə 18 ton yük olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət