2011-ci ilin iyul-avqust ayları ərzində Azərbaycanın Təhsil Nazirliyinin "qaynar xəttinə" 6,5 mindən çox müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.
2011-ci ilin iyul ayında 4153 müraciət daxil olub. İyulda daxil olan müraciətlərin əksər hissəsi sorğu xarakterlidir. Sorğular ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, müəllimlərin yaş senzi, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri ilə əlaqədar appelyasiya, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, eksternat qaydada keçirilən imtahanlar, onların nəticələri ilə bağlıdır. Digər sorğularda isə xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının hesablanması və digər məsələlərdən bəhs olunur.
Avqust ayında 2479 müraciət daxil olub və onlar məktəbəqədər tərbiyə müəssisələri, məktəbli forması, I sinifə şagird qəbulu, müəllimlərin işə qəbulu , ali və orta ixtisas məktəblərinə tələbə qəbulu məsələləri ilə əlaqədar olublar.
Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən qeydə alınaraq cavablandırılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət