Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Metallurq” Mədəniyyət və İdman Kompleksini investisiya müsabiqəsi yolu ilə satışa çıxarıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dən məlumat verilib.
Komitədən qeyd edilib ki, kompleksin ilkin satış qiyməti 265,625 min manat təşkil edir.
Müsabiqənin iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı kompleksin fəaliyyətinin bərpa edilməsinə yönəldilməlidir. Bununla əlaqədar olaraq proqramda təmir-bərpa və yenidənqurma işlərinin aparılması, yeni iş yerlərinin yaradılması və işçilərin sosial təminatı üzrə təkliflər təqdim edilməlidir. Bundan başqa, investisiya proqramına bu məqsədlər üçün qoyulan investisiyanın həcmi və onların qoyulma müddəti də daxil olmalıdır.
Səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələri təsdiqləndiyi andan etibarən 30 gündən gec olmayaraq imzlanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi səhmlər üçün müsabiqə təklifində nəzərdə tutulan vəsaiti 60 gün ərzində dövlət büdcəsinə, investisiyanın elan olunmuş həcminin 5%-ni 90 gün ərzində kompleksin hesabına köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2012-ci il fevralın 29-na qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi martın 2-də keçiriləcək.
“Metallurq” Mədəniyyət və İdman Kompleksi Gəncə şəhərində yerləşir.
2012-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, kompleksin heç bir maliyyə öhdəliyi və debitor borcu yoxdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət