Kommersiya hüquqi şəxslərin elektron onlayn qeydiyyat sisteminin tətbiqi prosedurların sayını altıdan üçə endirməyə imkan verəcək. Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov belə söyləyib.
Vergilər Nazirliyi çərşənbə axşamı kommersiya hüquqi şəxslərin onlayn qeydiyyat sisteminin təqdimatını keçirib. Bu prosedura təkcə məhdud qeydiyyatlı yerli cəmiyyətlər üzrə tətbiq olunur.
“Bu sistemin tətbiqi zamanı qeydiyyat üçün proseduraların sayı altıdan üçə, tələb olunan sənədlərin sayı yeddidən ikiyə qədər azalacaq”, - deyə N.Şirinov bildirib.
Onun sözlərinə görə, onlayn qeydiyyat 20 dəqiqə, sürətləndirilmiş rejimdə isə 5 dəqiqə vaxt aparacaq. “Bununla belə, Vergilər Nazirliyi tərəfindən məlumatların yoxlanılması üç günədək vaxt ərzində həyata keçiriləcək”, - deyə idarə rəisi əlavə edib.
O vurğulayıb ki, qanunvericiliyə hüquqi şəxslərin onlayn qeydiyyatı sisteminin tətbiqi üçün lazımi dəyişikliklər edilib. “Dəyişikliklər həmçinin, onlayn qeydiyyat zamanı yanlış məlumatlar verildiyi zaman cərimələrin tətbiqini də nəzərdə tutur. Fiziki şəxslər üçün cərimənin həcmi 700 manat, hüquqi şəxslər üçün 4 min manat təşkil edəcək”, - deyə o bildirib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov layihənin təqdimatında qeyd edib ki, 2011-ci il iyulun 1-dən Vergilər Nazirliyi fiziki şəxslərin onlayn qeydiyyatını aparır. “2011-ci ilin ikinci yarısında 10,075 min fiziki şəxs qeydiyyatdan keçib ki, bu da həmin dövrdə qeydiyyatdan keçmiş fiziki şəxslərin ümumi sayının 34,5%-ni təşkil edir. Onların üçdə bir hissəsi Bakıda, qalanları regionlarda qeydiyyatdan keçib”,- deyə nazir müavini bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət