Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Qızlar Liseyinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib.
“2001-ci ildən fəaliyyət göstərən Naxçıvan Qızlar Liseyi hər zaman öz təhsil uğurları ilə fərqlənib. Təhsil ocağının 308 şagird yerlik əvvəlki binası müasir tələblərə cavab vermirdi. Liseydə təhsil almaq istəyənlərin sayının çoxluğu da nəzərə alınaraq ötən il məktəb binasının yenidən qurulmasına başlanıb”, - deyə V.Talıbov bildirib.
Onun sözlərinə görə, Naxçıvan Qızlar Liseyinin qazandığı nailiyyətlər qənaətbəxşdir. 2010-2011-ci dərs ilində liseyi 25 şagird bitirib, onlardan 20-si ali məktəblərə, 1-i isə XI sinif bazasından Naxçıvan Tibb Kollecinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 6-sı 500-700 intervalında bal toplayıb.
Ali Məclisin sədri bu uğurları yüksək qiymətləndirib və kollektivə öz təşəkkürünü bildirib. “Ötən müddətdə dövlət tərəfindən pedaqoji kollektivin əməyi yüksək qiymətləndirilib, liseyin bir müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” adına layiq görülüb, bir nəfər isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Göstərilən qayğının müqabilində bundan sonra da məktəbin qazandığı uğurları davam etdirmək lazımdır”, - deyə V.Talıbov bildirib.
Liseyin yeni dördmərtəbəli binası 608 yerlikdir. Burada 32 sinif otağı, müxtəlif fənn kabinələri, elektron lövhəli siniflər, kompüter otaqları (internetə qoşulmuş 48 kompüter), idman zalı və musiqi otağı yaradılıb. Hazırda liseydə hər 7 şagirdə bir kompüter düşür. 308 şagirdin təlim-tərbiyəsi ilə 70 müəllim məşğul olur. Binanın zirzəmisində tibb otağı, əmək kabinəsi, mətbəx və 214 yerlik yeməkxana var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət