Azərbaycan Prezidenti İlham Əliyev “Azərsu” ASC, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və Koreyanın “Exinbank”ı arasında “Abşeron yarımadsında su təchizatının yaxşılaşdırılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyasından məlumat verilib.
“Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması” layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu 2011-ci il oktyabrın 14-də Bakıda imzalanıb.
Fərmana uyğun olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyinə Koreya tərəfini Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetilildiyi barədə xəbərdar etmək tapşırılıb.
Xəbər verildiyi kimi, Memarandum Koreya Hökuməti tərəfindən “Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması” layihəsinə $26,18 mln. həcmində qrant ayrılmasını nəzərdə tutur. Qalan xərcləri Azərbaycan Hökuməti maliyyələşdirəcək. Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2011-2013-cü illərdə həyata keçiriləcək.
Qrant vəsaitləri hesabına qəsəbədə iki su anbarı, nasos stansiyası tikiləcək və hər birinin uzunluğu 24,8 km olan su kəməri və kanalizasiya xətti çəkiləcək. Bundan başqa, yerli mütəxəssislərin Cənubi Koreyanın təlim proqramlarında iştirakı nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət