“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC nizamnamə kapitalını 3,5 dəfə - 84 mln. 1,785 min manatadək artırıb. Bu barədə korporasiyanın məlumatında bildirilir.
Nizamnamə kapitalının artırılması səhmlərin nominalının konvertasiyası yolu ilə həyata keçirilib. Bir səhmin nominalı 5 manatdan 17,5 manatadək artıb.
Korporasiyanın nizamnamə kapitalı 4 mln. 800,102 min səhmə bölünüb.
“Akkord Sənaye Tikinti Korporasiyası”nın nizamnamə kapitalının $100 mln.dan çox məbləğədək artırılması beynəlxalq bazarlarda investisiya potensialının və rəqabətə davamlılığın gücləndirilməsi, şirkətin sabit maliyyə vəziyyəti üçün möhkəm baza yaradır”,- deyə məlumatda bildirilir.
“Akkord Sənaye Tikinti İnvestisiya korporasiyası” 2010-cu ilin avqustunda təsis edilib. Onun təsisçiləri “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC olub. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Şirkət həmçinin, Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət