Azərbaycanda mobil rabitə operatoru “Azercell Telekom” şirkəti “Eurovision - 2012” beynəlxalq mahnı müsabiqəsinin başlanmasınadək mobil rabitə xidmətlərini 4G formatında tətbiq etməyi planlaşdırır. Bu barədə şirkətin rəhbəri Əli Ağan cümə günü mətbuat konfransında məlumat verib.
“Mən bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşmüşəm. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Azercell”ə 4G xidmətləri göstərmək üçün lisenziya verməyə hazırdır. Amma sənədləşmə işləri iki həftəyə yaxın vaxt aparacaq. Biz “Eurovision-2012” müsabiqəsi ərəfəsində xidmətlərin 4G formatında təqdim edilməsini planlaşdırırıq”- deyə Ə.Ağan bildirib.
O vurğulayıb ki, şirkət tərəfindən mobil rabitə xidmətlərinin 4G formatda tətbiq edilməsi “Azərbaycanın nüfuzunu daha da artıracaq”.
“ Məlum olduğu kimi, “Azercell” şirkəti 3G xidmətlərinin tətbiq edilməsində gecikmişdi. Biz RİTN-nin 4G xidmətlərinin göstərilməsi ilə bağlı bizim məsələmizi tez həll etməsinə şadıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda şirkətin 3G xidmətindən istifadə edən abonentlərinin sayı 600 mindən çoxdur.
“Azercell” şirkəti 1996-cı il yanvarın 19-da təsis edilib. 2008-ci ilin fevral ayında RİTN “Azercell Telekom”dakı 35,7% payını “Fintur” şirkətinə məxsus Türkiyənin “AzerTel Telecommunication Yatirim” şirkətinə $180 mln.-a satıb.
. Azərbaycanın mobil rabitə bazarında “Azercell Telekom”un payı 55% təşkil edir. Şirkət respublika ərazisinin 80%-ni əhatə edir. Şirkətin abonentlərinin ümumi sayı 4,2 mln.-dan çoxdur.
“Azercell Telekom” 2011-ci il noyabrın 2-də RİTN-dən 3G xidmətləri göstərmək üçün lisenziya alıb.
Azərbaycanda üç GSM operatoru – “Azercell”, “Bakcell” və “Azerfon” fəaliyyət göstərir. Hər üç şirkət 3G xidmətləri göstərmək üçün lisenziyaya malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət