2012-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarətində müsbət saldo $1 mlrd. 191 mln. 163,46 min təşkil edib ki, bu da ötən ilin yanvar ayının göstəricidən 21,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
DGK-nın məlumatına əsasən, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $2 mlrd. 506 mln. 499,66 min təşkil edib, bu isə 2011-ci ilin yanvar ayının göstəricisindən 15,61% çoxdur.
Bununla yanaşı ixracın həcmi $1 mlrd. 848 mln. 831,56 min, idxal - $657 mln. 668 min təşkil edib. 2011-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə ixracın həcmi 17,55%, idxalın - 10,48% artıb.
İxrac strukturunda 85,71% xam neftin, 5,42% - neft məhsullarının, 2,72% - təbii qazın, qalanı – digər malların payına düşüb.
Azərbaycanda idxalın əsasını maşın və elektrik avadanlıqıarı, onların ehtiyyat hissələri (26.43%), qara metallar və onlardan məmulatlar (16,48%), ərzaq malları (12,89%), nəqliyyat vasitələri və onların ehtiyyat hissələri (10,13%), əczaçılıq məhsulları (1,77%), mebel (0,79%) və digər mallar təşkil edib.
2012-ci ilin yanvar ayında Azərbaycan ixracda əsas əməliyyatları İtaliya (ümumi ixracın 41,47%-i), Fransa (10,67%), Bolqarıstan (8,13%), İsrail (7,29%) ilə həyata keçirib.
Azərbaycan idxalda əsas əməliyyatları Türkiyə (17,83%), Rusiya (14,59%), Almaniya (7,36%), Ukrayna (6,17%) ilə həyata keçirib.
Hesabat dövründə xarici ticarət əməliyyatlarında 1474 özəl və dövlət müəssisəsi və 708 fiziki şəxs iştirak edib. Ümumilikdə, yanvar ayında Azərbaycan dünyanın 94 ölkəsilə ticarət əməliyyatları həyata keçirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət