“Şahdəniz” konsorsiumu “ITGI” (Türkiyə- Yunanıstan-İtaliya interkonnektoru) qaz nəqli layihəsinə artıq Azərbaycan qazının Avropaya ixracının potensial marşrutu kimi baxmır. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə konsorsiumun rəsmi nümayəndəsi bildirib.
“Məlum olduğu kimi, Azərbaycan qazının İtaliyaya nəqli üçün TAP (Trans Adriatic Pipeline) və ITGI, eləcə Mərkəzi Avropa ölkələrinə daşınması üşün Nabucco qaz kəməri layihələri qiymətləndirmə prosesindədir. Bundan başqa, “Şahdəniz” konsorsiumunun üzvləri tərəfindən təklif edilmiş Cənub-Şərqi Avropa qaz kəməri (SEEP) də müzakirə edilir”,- deyə konsorsiumun nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, SOCAR şirkətinin rəhbərlik etdiyi, “BP”, “Statoil” və “TOTAL” şirkətlərinin daxil olduğu Azərbaycan qazının ixracı üzrə danışıqlar qrupu Azərbaycan qazının ixracı üzrə İtaliyaya istiqamətlənmiş iki marşrutdan birini seçməyə qərar verib.
“Qrupun qərarı ilə ITGI layihəsinə artıq potensial ixrac marşrutu kimi baxılmır. Bundan sonrakı danışıqlar və qiymətləndirmə TAP qaz kəməri layihəsinin nümayəndələri ilə davam etdiriləcək. Bu qərar marşrutun seçimi ilə bağlı daha əvvəl elan olunmuş meyarlar əsasında qəbul edilib”,- deyə konsorsiumun nümayəndəsi bildirib.
O həmçinin vurğulayıb ki, ITGI layihəsi ilə bağlı qərar Azərbaycan qazının Avropaya ixrac marşrutunun seçilməsi üzrə yekun qərarın qəbul edilməsində ilk addımdır
“Daha sonra Azərbaycan qazının Mərkəzi Avropa ölkələrinə iki ixrac marşrutundan - Nabucco və SEEP-dən biri seçiləcək. Bundan sonra seçim artıq bu layihə və TAP arasında olacaq”, - deyə konsorsiumdan bildirilib.
Həmçinin konsorsiumdan məlumat verilib ki, Nabucco layihəsinin səhmdarları “Şahdəniz” konsorsiumuna Nabucco West adlanan, Türkiyə-Bolqarıstan sərhədindən başlayıb və Baumqardenə (Avstriya – İF- Az) qədər davam edən təkliflərin yenilənmiş variantını təqdim ediblər.
Nabucco-West layihəsi ilə bağlı təklif yeni olduğundan onun qiymətləndirilməsi üçün vaxt lazımdır. SEEP layihəsinə gəlincə, “Şahdəniz” konsorsiumu bu layihə üzrə irəliləyişdən razıdır. Qaz kəməri marşrutunun keçəcəyi ölkələrlə texniki araşdırmalar və kommersiya müzakirələri uğurla irəliləyir”, - deyə konsorsiumdan qeyd ediblər.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin ilin oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-2”nin dəyəri $22 mlrd. məbləğində qiymətləndirilir. İllik hasilatın həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub.
2011-ci il oktyabrın 25-də İzmirdə Azərbaycanla Türkiyə arasında Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutan sazişlər paketi imzalanıb. Cəmi 15 sənəd, o cümlədən, hökumətlərarası saziş, hasılatına “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2” çərçivəsində 2017-ci ildən başlanacaq qazın Türkiyəyə satışı, eləcə də, “Mərhələ -2” çərçivəsində 2017-2042-ci illərdə hasil olunan qazın BOTAS-ın nəqliyyat infrastruktrundan istifadə etməklə Türkiyə ərazisindən daşınmasına dair sazişlər və digər sənədlər imzalanıb.
Sənədlər paketinə əsasən, “Mərhələ-2” çərçivəsində qaz hasilatı ildə 16 mlrd. kubmetr təşkil edəcək və bu həcmdən Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya ildə 10 mlrd. kubmetr qaz veriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət