2012-ci il aprelin 10-12-də Azərbaycanda yeni neft-qaz emalı və neft-kimya kompleksinin inşası layihəsi üzrə forum keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Iteca Caspian” şirkətindən məlumat verilib.
Tədbir SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti ARDNŞ) şirkətinin təşəbbüsü ilə Bakıda keçiriləcək. Forumun təşkilatçıları “Iteca Caspian” və “INBC Consulting” şirkətləridir.
Forumun məqsədi bir çox şirkətlərə, o cümlədən potensial lisenziarlara, mühəndis-layihələndirmə, təchizat, tikinti və digər podratçı şirkətlərə, texnoloji proseslər üzrə məsləhətçilərə, neft emalı və neft-kimya məhsullarının istehsalı qurğularının aparıcı istehsalçılarına, maliyyə strukturlarına, treydinq, logistika, servis və digər şirkətlərə layihə barədə məlumat verməkdir.
“Forum layihə ilə tanış olmaqla yanaşı, dünyanın aparıcı şirkətlərinə neft-qaz emalı və neft-kimya sahəsində təcrübələrini, texnologiyaları və digər resursları və innovasiya həllərini təqdim etmək üçün unikal imkan yaradır”,- deyə deyə məlumatda bildirilir.
SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayevin açacağı forumda Azərbaycanın müxtəlif dövlət qurumlarının yüksək vəzifəli məmurlarının, neft-qaz və neft-kimya sektorları üzrə elm adamlarının iştirakı və çıxışları gözlənilir.
Forumun sonuncu günü ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Forumda öz iştirakını təsdiq etmiş şirkətlər arasında “Azenco”, “Air Liquide”, “Air Products”, “Axens,” “Baker & McKenzie”, “Baker Botts LLP”, “Daelim”, “Daewoo”, “Deloitte & Touche LLC”, “Dow Chemical”, “Fluor”, “Foster Wheeler”, “Honeywell”, “Hyundai E&C”, “ING Bank, JGC Corporation”, “KBR”, “Lanxess”, “Marubeni Corporation”, “Mitsui & Co”, “Petkim Petrokimya Holding”, “Protasis SA”, “Shaw Energy & Chemicals”, “SNC-Lavalin”, “Stamicarbon, Socar Turkey”, “UOP Limited”, “Velosi” və digər şirkətlər var.
Xəbər verildiyi kimi, kompleksin ümumi sahəsi 1500 hektar təşkil edəcək və 2018-2020-ci illərdə istismara verilməsi planlaşdırılır. İlkin olaraq istehsal gücü 10 mlrd. kubmetr olan qaz emalı kompleksi istismara veriləcək. Burada Dövlət Neft Şirkətinin yataqlarından qazın, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan səmt qazının və lazım gəldikdə, “Şahdəniz” yatağından hasil olunan və SOCAR-ın payına düşən qazın emalı həyata keçiriləcək.
İkinci mərhələdə neft-kimya kompleksi, daha sonra istehsal gücü 10 mln. ton təşkil edən neft emalı zavodu istismara veriləcək. NEZ-də A-92, A-95 və A-98 markalı benzin, reaktiv mühərrik və dizel yanacağı istehsalının təşkili nəzərdə tutulur.
Bu layihənin icrasına xarici investorların cəlb edilməsi planlaşdırılır. Layihəyə qoyulan sərmayələrin özünü ödəmə müddəti 6-7 il təşkil edəcək. Layihə xərcləri $13-15 mlrd. civarında qiymətləndirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət