Bakının 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə namizədliyinin irəli sürülməsi üzrə təşkilat komitəsi yeni reklam çarxını təqdim edib. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti cümə axşamı məlumat verib.
Təşkilat Komitəsinin rəsmi saytında (www.baku2020.com) yerləşdirilmiş çarxda Bakının infrastruktrunun dörd sektoru əyani nümayiş etdirilib. Bununla yanaşı, müəllifi Hollivud rejissoru Rupert Vainrayt olan videoçarxda kompüter qrafikasının köməyi ilə Azərbaycan paytaxtının 2020-ci ildə futuristik görüntüləri təsvir edilib.
“Bu reklam çarxının köməyi ilə biz öz mədəniyyətimizi, adət - ənənələrimizi, şəhərimizin tarixini və gözəlliyini lazımi səviyyədə təqdim edə bildik. İnanıram ki, bu çarx hələ Bakını görməyən turistlərə şəhərimizə gəlmək üçün stimul verəcək ”,- deyə “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib.
Bununla yanaşı, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov cümə axşamı jurnalistlərə məlumat verib ki, “Bakı - 2020” Sifariş kitabının ötən həftə Lozzannada təqdimatı uğurlu keçib. “Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Jak Roqq qeyd edib ki, Bakı da daxil olmaqla 5 şəhərin namizədliyi çox güclüdür. Bu göstərir ki, biz doğru yoldayıq və böyük imkanlarımız var. Əsas da odur ki, BOK bizim imkanlarımıza inanır”,- deyə nazir söyləyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət