“Kapital Bank”ın Bakıdakı dörd filialında “cash-in” tipli bankomatlar quraşdırılıb. Bu barədə bankın saytında məlumat verilir.
Bankomatlar “Səbail -1”, “Xətai -1”, “Yasamal - 2” və “Rabitə” filiallarında quraşdırılıb.
Məlumata əsasən, bank “cash-in” tipli bankomatları müştəri xidmətləri üzrə digər mərkəzlərdə, o cümlədən region filiallarında da quraşdırmağı planlaşdırır.
Adi bankomatlardan fərqli olaraq “cash-in” tipli bankomatlar bank müştərilərinə hesablarına nağd pul vəsaiti əlavə etməyə imkan verir. Bu, filiala getmək və hesabın doldurulması üçün növbədə dayanmaq ehtiyacını aradan qaldırır.
“Kapital Bank” 2005-ci il yanvarın 26-da fəaliyyət göstərməyə başlayıb. Bankın səhmdarları “Pasha Holding” (99,76%) və fiziki şəxslərdir.
“Kapital Bank” 2010-cu ilin yekunlarına əsasən, “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 154-cü, Azərbaycanın 44 bankı arasında 2-ci yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət