2012-ci ilin fevral ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yanvar ayı ilə müqayisədə 0,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayında diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,2%, camış südünün - 0,2%, yumurtanın – 18%, təbii balın - 0,8%, mal, quş və donuz ətlərinin - müvafiq olaraq 5,9%, 5,5% və 1,6% ucuzlaşıb.
Bununla yanaşı, fevralda inəyin – 1%, qoyun ətinin – 2%, diri balığın qiymətlərində 18,9% bahalaşma müşahidə olunub.
Fevral ayında bitkişilik sahəsində birillik bitkilərin istehsalçı qiymətləri 0,5% bahalaşıb, çoxillik bitkilərin qiymətləri isə dəyişməz qalıb.
2012-ci ilin fevral ayında qarğıdalının istehsalçı qiymətlərində - 0,2%, kələmin - 4,1%, göyərtilərin - 2,4%, balqabağın - 14,3%, baş sarımsağın – 3%, göy soğanın - 0,7%, yoncanın - 2,7%, almanın – 2%, fındığın - 0,2%, şabalıdın - 4,5%, qozun - 0,7% bahalaşma qeydə alınıb
Hesabat ayında kartofun qiymətlərində - 4,3%, baş soğanın - 0,9%, xiyarın - 0,5%, pomidorun - 0,3%, limonun - 12,2% ucuzlaşma qeydə alınıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət