“İteca Caspian” şirkəti 2012-ci ildə Azərbaycanda 23 sərgi və konfrans keçirməyi planlaşdırır. Bu barədə şirkətin məlumatında bildirilir.
Sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi – aprel ayının 12-dən 14-dək keçirilməsi planlaşdırılan 11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” AITF sərgisi açacaq. Bu sərgidə 60-dan çox turizm istiqamətini təqdim edəcək 200-dən yuxarı şirkətin iştirakı gözlənilir. İlk dəfə sərgidə Bolqarıstanın təqdim ediləcək. Sərgidə həmçinin, Macarıstan, Gürcüstan, BƏƏ, Polşa, Slovakiya, Sloveniya, Çexiyanın milli qrupları da iştirak edəcək”, - deyə məlumatda qeyd edilir.
Sərgidə həmçinin, Tailand, Seyşel adaları, Mavriki və digər ekzotik turizm istiqamətləri geniş təqdim olunacaq.
AITF 2012 sərgisi ilə birgə 6-cı Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” Horex-2012 sərgisi keçiriləcək. Burada turizm industruyasının: “La Cimbali”, “Santos”, “Robot Coupe”, “Rational”, “Winterhalter”, “Karma-Global”, “Rotondi”, “Scotsman”, “Modular”, “Bonnet”, “Sagi Spa”, “Rovabo”, “Danube International”, “Muehldorfer” və “Ingrid Lesage Creations” kimi məşhur brendləri təqdim olunacaq. Avstriya, İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə, Ukrayna və Fransanın aparıcı şirkətləri peşəkar mətbəx və camaşırxana avadanlıqları, məişət kimyası, parçalar və eksklüziv qablar, mehmanxanalar üçün internet vasitəsi ilə bron etmə və ödəniş sistemləri kimi informasiya texnologiyaları nümayiş edəcəklər.
May ayının 15-dən 17-dək keçiriləcək 18-ci Beynəlxalq qida sənayesi sərgisi “WorldFood Azerbaijan”da Azərbaycan, Belçika, Çexiya, Hindistan, Norveç, Rusiya, Türkiyə, Qazaxıstan və Misirdən olan şirkətlər öz məhsullarını nümayiş etdirəcəklər. “WorldFood Azerbaijan” sərgisi ilə eyni zamanda 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Agrihort Azerbaijan 2012” sərgisi və 2-ci Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk “Plastex Caspian” sərgisi keçiriləcək.
Həmin dövrdə həmçinin, birinci Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian” sərgisi keçiriləcək. Burada qablaşdırma maşınları və texnologiyalarını, qablaşdırma istehsalı və tərtibatı üçün avadanlıqları, müxtəlif sənaye sahələri üçün qablaşdırma materiallarını, taralar və hazır qablaşdırmanı təqdim ediləcək.
13-15 iyun tarixlərində 11-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian-2012” və 2-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2012” sərgiləri keçiriləcək. Bu sərgilər çərçivəsində 14 iyun tarixində “Dəniz limanları və su daşımaları” – 2-ci Beynəlxalq Nəqliyyat Konfransı təşkil ediləcək.
Sentyabr ayında “Education and Career”, “BIHE”, “Beauty Azerbaijan”, “BakuBuild”, “Aqua-Therm Baku”, “Caspian MebelExpo”, “CIPS Caspian” və “BakuTel” kimi ənənəvi sərgilər keçiriləcək.
2012-ci ilin “İdman İli” kimi elan edilməsi ilə əlaqədar olaraq, 1-ci Azərbaycan Beynəlxalq İdman, İdman Ləvazimatı və Geyimi “SportExpo” sərgisi mövsümün debütü olacaq. Sərginin başlıca məqsədi yerli və xarici idman malları və xidmətlərinin inkişafına imkan yaratmaq, idman sənayesi müəssisələri, federasiya və klublar, idman komitələri və idman məktəblərinin məhsuldar əməkdaşlığına dəstək verməkdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət