Azərbaycanda inklüziv təhsil üzrə proqramın reallaşmasını genişləndirmək lazımdır. Bu barədə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard cümə günü keçirilən “Azərbaycanda əlilliyi olan uşaqların inklüziv təhsilinə olan maneələr və imkanlar” mövzusunda dəyirmi masada məlumat verib.
Azərbaycanda əlil uşaqların sayı 60 minə yaxındır, bunlardan təxminən 12 min inklüziv təhsilə cəlb edilib”, - deyə o bildirib.
Onun sözlərinə görə, dövlət strukturları ilə səyləri birləşdirmək və çox sayda əlil uşaqları iştirak üçün cəlb edilməsi vasitəsilə bu proqramın reallaşmasının genişləndirilməsinə nail olmaq lazımdır.
Nümayəndəliyin rəhbəri həmçinin qeyd edib ki, UNİSEF bu istiqamətdə fəal işləyir və Azərbaycana lazımi yardım göstərməyə hazırıdır.
UNİSEF tərəfindən Azərbaycana Azərbaycanda inklüziv təhsil proqramının reallaşması üzrə bir sıra tövsiyələr verilir. Əfsuslar olsun ki, respublikada bu sahə çox zəif inkişaf edib, həmçinin bu insanların məşğulluq problemi də mövcuddur”, - deyə tədbirdə çıxış edən Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib.
Milli Məclisin deputatı Sevinc Hüseynova öz növbəsində qeyd edib ki, bu layihənin reallaşması üçün əlil uşaqların valideynləri ilə maarifləndirmə işi aparılmalıdır. Çünki bir valideyn xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsini istəmir.
“Bu layihə çərçivəsində, ümumilikdə Azərbaycanda inklüziv təhsilə 300 uşaq cəlb edilib. Ən vacib olan, dövlət orqanları ilə əlaqələrin yaradılması və işlərin tam əlaqələndirilməsidir”, - deyə “World Vision” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Fəridə Əmirova bildirib.
O həmçinin qeyd edib ki, reallaşması 2004-cü ildə başlanan bu proqram sayəsində Bakı, Sumqayıt və Mingəçevirin səkkiz məktəbində yuxarı sininf şagirdləri üçün məşğələlər təşkil edilib, müəllimlərə 26 assistent yardım edir.
“Bizim məqsədimiz, həmçinin ölkə parıamenti tərəfindən inklüziv təhsil haqqında qanunun qəbul edilməsidir”, - deyə o bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət