2012-ci ilin yanvar-fevral aylarında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi 5 mln. 228,638 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR şirkətindən (Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Fevralda BTC neft kəməri vasitəsilə 2 mln. 450,872 min ton Azərbaycan nefti, ümumilikdə, kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) cari ilin matrın 1-nə qədər - 181 mln. ton neft nəql olunub”, - deyə SOCAR-dan məlumat verilib.
SOCAR-ın məlumatına görə, 2012-ci ilin fevralında BTC boru kəməri vasitəsilə həmçinin 326,676 min ton Türkmənistan nefti nəql olunub.
2012-ci ilin yanvar-fevral aylarında Ceyhan neft terminalından 4 mln. 816,479 min ton, bunun fevral ayında - 2 mln. 360,491 min ton Azərbaycan nefti yola salınıb. Ümumilikdə, terminaləın istismara verildiyi vaxtdan 2012-ci il martın 1-nə qədər Ceyhandan 178 mln. 834,507 min ton Azərbaycan nefti yola salınıb
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları: BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ConocoPhillips (2,5%); INPEX (2,5%), Total (5%) və Amerada Hess (2,36%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət