“Coca-Cola” şirkəti istehsal etdiyi məhsulların tərkibində dəyişiklik edilməsi barədə məlumatı təkzib edib. Bu barədə şirkətin bəyanatında deyilir.
““Karamel rəngi bizim məhsullarımızda olub, var və həmişə təhlükəsiz komponent olaraq qalacaq. “Coca-Cola” şirkəti öz içkilərinin formulunu dəyişmək niyyətində deyil. İstehsal prossesinə vaxtaşırı müdaxilə edilsə də, məxfi formul dəyişməz olaraq qalır”,- deyə məlumatda bildirilir.
“Coca-Cola” şirkətindən qeyd edilib ki, karamel məhsulunda 4-MEI miqdarının azaldılması məqsədilə karamel istehsalçılarına müraciət edilib. “Lakin bu, istehlakçıların bizdən gözlədiyi məhsulun formuluna, rənginə və dadına qətiyyən təsir göstərməyəcək”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, bir sıra KİV-lərdə “Coca-Cola” və “Pepsi-Cola”nın tərkibindəki maddələrin xərcəng xəstəliyi yaratması səbəbi ilə şirkətlərin ənənəvi reseptin tərkibini dəyişməyə məcbur olduqları barədə xəbərlər dərc edilmişdi.
“Kanserogen suya rəng verən karamelin tərkibinə daxildir. Əgər istehsalçılar məhsulun tərkibini dəyişməsələr, artıq gələn aydan “Coca-Cola” və “Pepsi-Cola”nın və bu içkilərin pəhriz variantlarının etiketlərində onların zərərli olması barədə xəbərdarlıq yazılacaq”, - deyə KİV-lər yazırdılar.
“Coca-Cola” və “Pepsi-Cola” ABŞ-da hələ XIX əsrin sonlarında istehsal olunmağa başlayıb. 2006-2010-cu illərdə “Coca-Cola” brendi Amerikada ən bahalı brend idi. Dünyada hər saniyədə səkkiz min stəkan içki içilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət