Azərbaycan Macarıstanla ASK sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumatda qeyd edilir ki, kənd təsərrüfatı naziri İsmət Abbasov Macarıstanın səfiri Jolt Çutora ilə görüşüb ASK sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Nazir xüsusilə dənli və tərəvəz bitkilərinin sortları, meyvə, üzüm tinglərinin sınağı və mübadiləsi; təmiz ekoloji meyvə-tərəvəz istehsalı sahəsində; aqrar profilli elmi tədqiqat və tədris müəssisələri arasında məsələlərində əməkdaşlıq təklif edib.
Bundan başqa, Azərbaycan tərəfi Macarıstanla iribuynuzlu mal-qara və quşçuluq sahələri üçün kombinə edilmiş kiçik yem müəssisələri üzrə birgə layihələrin hazırlanmasında, Kənd Təsərrüfatı Kooperasiyalarının yaradılması sahəsində təcrübə mübadiləsində, mal-qaranın süni mayalanması məsələlərində maraqlıdır.
İ.Abasov həmçinin Macarıstanın Kənd Təsərrüfatı və Kəndin İnkişafı naziri Sandor Fazekası 2012-ci il 16-20 aprel tarixində Bakıda keçiriləcək Avropa Qeyri-Hökumət Vətəndaş Cəmiyyəti Təşkilatlarının Məsləhətləşməsi, Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyası və FAO-nun Avropa üzrə Regional Konfransına dəvət edib.
Jolt Çutora öz növbəsində, ölkələr arasında, eyni zamanda ASK sahəsində uğurlu əməkdaşlığa əminliyini bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət